AZ

Putinin təklifi REZONANSA SƏBƏB OLDU – Bu onun ümidsizliyinin fəryadıdır

Putinin tərk etməyi tələb etdiyi ərazi bütöv bir ölkə ilə müqayisə edilə bilər.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “Bild” nəşri məlumat yayıb.

Nəşrin eksperti Yulian Röpkenin sözlərinə görə, Rusiya ordusu Putinin tərk etməsini tələb etdiyi əraziləri indi ələ keçirmək fikrindən uzaqdır və Rusiya Federasiyası iddia etdiyi regionların paytaxtları olan iri Xerson və Zaporojye şəhərlərinə nəzarət etmir.

“Rusiya diktatorunun şərtlərini qəbul etmək Almaniyanın əksər federal əyalətlərinin və ya məsələn, Şimali Makedoniya, Sloveniya və ya İsrail kimi ölkələrin ərazisindən daha böyük olan 26 min kvadrat kilometr ərazini tərk etmək demək olar”, – deyə Y. Röpke söyləyib.

Ekspert əlavə edib ki, hücumun indiki tempində rusların sözügedən əraziləri zorla ələ keçirməsi üçün onilliklər lazımdır.

“Putinin sözləri ciddi qəbul edilməli olan təklifdən daha çox ümidsizlik fəryadıdır. O bilir ki, Ukrayna bununla razılaşmayacaq, çünki Ukraynanın hazırda döyüşlərdə tələb olunan əraziləri itirəcəyini güman və ehtimal etmək üçün heç bir əsas yoxdur”, – deyə o, söyləyib.

Rafi Müslümov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
yenicag.az

1Mənbələr