AZ

Martins Junior “Kəpəz”i “Zirə”yə dəyişdi

Premyer Liqa təmsilçisi “Kəpəz” daha bir futbolçusu, Braziliyadan olan sol vinger Martins Junior ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, klub braziliyalı Junior Martinsin transferi ilə bağlı “Zirə” FK ilə razılıq əldə edib. Yarımmüdafiəçi karyerasını Bakı təmsilçisində davam etdirəcək.

Martins 2023-cü ilin yanvar ayından Gəncə komandasında oynayırdı. Orta xətt oyunçusu son mövsümdə çempionatda 32 matçda 8 qol vurub və 5 assist edib. Juniorun “Kəpəz” karyerası bütövlükdə 52 oyun, 11 qol və 7 məhsuldar ötürmədən ibarətdir.

Gəncə klubu futbolçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Yeri gəlmişkən, artıq “Zirə” də Martinsin transferini rəsmən açıqlayıb. 24 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.

Xatırladaq ki, Martins Junior karyerası ərzində ölkəsinin ABC, “Palmeyras”, “Maranao”, “Moto-Klub MA” və Litvanın “Babrunqas” klublarında da çıxış edib.

“Kəpəz” daha öncə Elçin Əlicanov (“Zirə”), Vüsal Məsimov (“Səbail”), Mate Kvirkviya və Adama Niane ilə də yollarını ayırmışdı. Yeqor Xvalko isə bu klubla yeni müqavilə bağlayıb.

“Zirə” isə “Kəpəz”dən gəlmiş Elçin Əlicanovdan başqa Fuad Bayramov (“Şamaxı”), Aydın Bayramov (“Turan Tovuz”), Rüstəm Əhmədzadə (“Qarabağ”, icarə), İsmayıl İbrahimli (“Qarabağ”, icarə) və Davit Volkovla (“Sabah”) anlaşmışdı. Əvəzində paytaxt klubu Vladislav Kulaç, İlkin Muradov, Sezar Meza Kolli, Dimitrios Çantakias və Rəhim Sadıxovla yollarını ayırıb. Qismət Alıyev və Anar Nəzirovla da yeni müqavilə imzalanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
arena.az

1Mənbələr