AZ

Lənkəranda idarəetməni itirən avtomobil kanalına aşıb - FOTOLAR

Lənkəranda

Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb.Lənkəranda idarəetməni itirən avtomobil kanalına aşıb.Hadisə bu gün günorta saatlarında Ələt - Astara - İran magistralının Lənkəran rayonunun Səpnəkəran kənd ərazisində baş verib. Astara rayonunun Maşxan kənd sakini 1997-ci il təvəllüdlü Azərim Azərili idarə etdiyi "Nissan" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxıb. Nəqliyyat vasitəsi yol kənarındakı su kanalına aşıb. Qəza nəticəsində avtomobildə olan 4 nəfərdən 3 - ü, sürücü və Astara rayon sakinləri 1995 - ci il təvəllüdlü Sevinc Mustafayeva, 1999 - cu il təvəllüdlü Möhsüm Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıblar. Həkimlər onlara küt travma, sağ saitin 1/3 - nin termiki yanığı diaqnozu qoyaraq, ilkin tibbi yardım göstəriblər. Xəsarət alanların müalicələri xəstəxanada davam etdirilir.Qeyd edək ki, qəzada xəsarət alan sürücü Azərim Azərili, Birinci Qarabağ müharibəsi şəhidi Azər Əsədullayevin qızıdır.Faktla bağlı araşdırma aparılır.Eltun MəmmədovLənkəranda

Diqqət Çəkənlər

Yarım əsrlik ilham: Tanınmış şairin ıv kitabı və şərəfinə jurnal buraxıldı

Çiçək Mahmudqızının növbəti kitabı işıq üzü gördü

Salyanda Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
8
ulusum.az

9Mənbələr