AZ

F-16-lar gizlədilməsə, məhv ediləcək - Şok açıqlama

Qərbin Ukraynaya tədarük etməyi planlaşdırdığı F-16 qırıcıları sığınacaqlarda gizlədilməsə, məhv ediləcək.

Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) ehtiyatda olan polkovniki Oleq Starikov “Politeka” yutub kanalında bildirib.

“Məsələ onların harada olacağıdır. Bunkerlər yerin altında tikilirsə, bu yaxşıdır, amma yerdədirsə, dağıdılacaq”, - ekspert bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya Silahlı Qüvvələri artıq Ukrayna aerodromlarına raket zərbələri endirir. Starikovun sözlərinə görə, bu hücumlar gələcəkdə F-16 təyyarələrinin havaya qalxmasının qarşısını alacaq.


Müəllif: Pərvin Cəfərova
Seçilən
185
teleqraf.com

1Mənbələr