AZ

Boatenq məişət zorakılığı ilə bağlı yenidən məhkəmə qarşısında

Almaniya yığmasının və “Bayern”in keçmiş müdafiəçisi Jerom Boatenq yenidən müttəhim qismində məhkəmə qarşısına çıxarılıb.

Arena.az bu barədə “Bild” nəşrinə istinadən məlumat verir.

Boatenq keçmiş xanımı və özünün iki qız övladının anası Şerin Zenlerə qarşı bədən xəsarətləri yetirməkdə və təhqirlər ünvanlamaqda ittiham edilərək, məhkəmə qarşısına çıxarılıb.

Mənbənin məlumatına görə, Münhen məhkəməsi bu iş üzrə futbolçunu yenidən mühakimə etməyə hazırlaşır. Məhkəmədə iştirak edən Boatenqin ona qarşı irəli sürülən ittihamlarla bağlı təfərrüatlı ifadələr verdiyi, təqsirsiz olduğunu sübuta yetirməyə çalışdığı vurğulanır.

Xatırladaq ki, 2021-ci ildə Münhen məhkəməsi müvafiq iş üzrə ilk dəfə olaraq Boatenqin 1,6 milyon avro məbləğində cərimə ödəməyə mükəlləf olduğu barədə qərar çıxarmışdı. Daha sonra bu qərar Bavariya Ali Məhkəməsi tərəfindən qəbul edilmişdi.

Hazırda işin davam etdiyi bildirilir. Müvafiq qərarın tezliklə açıqlanacağı gözlənilir.

Seçilən
130
arena.az

1Mənbələr