AZ

Qabriel Paulista rəsmən “Beşiktaş”da

İspaniyanın “Atletiko” (Madrid) klubunun braziliyalı mərkəz müdafiəçisi Qabriel Paulista bundan sonra “Beşiktaş”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir.

İspaniya nəhəngi ilə müqaviləsinin müddəti bu ay bitəcək futbolçu İstanbul təmsilçisinə azad agent kimi keçib. 33 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Paulista 2024/2025 və 2025/2026 mövsümləri üçün 2 milyon 120 min avro maaş alacaq. 2026/2027 mövsümündə isə onun qazancı 2 milyon 110 min avro olacaq. Paulista yeni klubuna azad agent kimi keçdiyi üçün 1 milyon avro imza pulu da alacaq. Bu məbləğ isə ona 3 il ərzində ödəniləcək.

Xatırladaq ki, Qabriel Paulista bu ilin yanvarında “Valensiya”dan “Atletiko”ya keçmiş və yarım mövsümlük müqavilə bağlamışdı. O, Madrid təmsilçisinin heyətində cəmi 5 matça çıxıb. Braziliyalı futbolçu karyerası ərzində “Vitoriya”, “Vilyarreal”, “Arsenal”, “Valensiya” kimi klubların da formasını geyinib.

Seçilən
162
arena.az

1Mənbələr