AZ

SOCAR-ın vitse-prezidenti Sabancı Universitetinin rektoru ilə görüşüb (FOTO)

Bakı. Trend:

14 iyun 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət NeftŞirkətinin (SOCAR) vitse-prezidenti Ziba Mustafayeva TürkiyəninSabancı Universitetinin rektoru Yusuf Leblebici ilə görüşüb.

Trend xəbər verir ki, görüşdə SOCAR-ın insan kapitalınıninkişafına xüsusi əhəmiyyət verdiyini, bu istiqamətdə müxtəliflayihələr həyata keçirdiyini bildirən vitse-prezident ZibaMustafayeva xüsusilə təhsil sahəsinin inkişafı ilə bağlı bir sırasəmərəli tədbirlərin reallaşdırıldığını bildirib.

Ziba Mustafayeva BANM-in fəaliyyətindən, ali məktəbin əldəetdiyi yüksək nailiyyətlərdən bəhs edib.

Görüşdə iştirak edən BANM-in rektoru Elmar Qasımov bu günlərdəSabancı Universitetinin rektoru Yusuf Leblebicinin rəhbərliyi ilənümayəndə heyətinin ali məktəbdə olduğunu və tərəflər arasındaəməkdaşlığın uğurla davam etdirildiyini deyib.

Sabancı Universitetinin rektoru Yusuf Leblebici görüşə görəminnətdarlığını bildirərək hazırda “SOCAR Türkiyə” və SabancıUniversitetinin hidrogen layihəsi üzərində birgə çalışdığını qeydedib, əməkdaşlıqdan məmnunluqlarını söyləyib. Rektor tərəflərarasındakı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən “SOCAR EnerjiMəktəbi”nin uğurlarından bəhs edib.

SOCAR-ın
SOCAR-ın
SOCAR-ın
SOCAR-ın
SOCAR-ın
Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
10
az.trend.az

10Mənbələr