AZ

Fransız şirkəti Nigerdəki uran mədənini itirə bilər

Fransanın ən böyük uran mədən şirkəti Orano SA dünyanın ən böyük yataqlarından biri olan Nigerdəki Imurarendə uran hasilatı hüququnu itirə bilər.

 

Oxu24.com xəbər verir  ki,bu barədə Bloomberg məlumat yayıb.

 

Agentlik Niger Mədən Nazirliyindən məktub alıb. Orada bildirilir ki, ikinci və son bildiriş 19 iyun 2024-cü ildə başa çatacaq. Bundan sonra Orano SA-nın fəaliyyətinə icazə ləğv ediləcək.

 

Agentlik vurğulayır ki, şirkətə təklif olunan yatağın işlənməsi planı Niger hakimiyyətinin gözləntilərinə cavab vermir.

 

Bundan əvvəl məlum olub ki, Qırğızıstan parlamenti 2019-cu ildə ölkədə uran yataqlarının işlənməsinə qoyulmuş moratoriumu ləğv edib.

 

Respublikanın qanunvericilik assambleyasının mətbuat xidməti qeyd edib ki, qanun layihəsinin təşəbbüskarı baş nazir Akılbek Japarovdur. Açıqlamada həmçinin vurğulanıb ki, qanunun qəbulu ətraf mühitə mənfi təsirin azaldılması məqsədilə uran və toriumun çıxarılması üçün müasir texnologiyaların dövlət qurumları tərəfindən monitorinqi ilə müşayiət olunacaq.

 

Nigar

 

Seçilən
273
3
oxu24.com

4Mənbələr