AZ

Modriç özünü Lamin Yamalla müqayisə etdi

Luka Modriç AÇ-2024 çərçivəsində baş tutacaq Xorvatiya - İspaniya oyunu haqda danışıb. 

Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, xorvat veteran özünü 16 yaşlı Lamin Yamalla müqayisə edib:

“Yamalla yaş fərqim 22 ildir? Bunu xatırlayanda özümü qocalmış hiss edirəm. Lamin Yamal bu il inanılmaz işlər gördü. Hamı onu böyük təhlükə kimi görür. Onun böyük potensialı və qarşıda böyük karyerası var”.

Xorvatiya iyunun 15-də İspaniya ilə qarşılaşacaq. Oyun Berlində keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Mirağa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
fanat.az

1Mənbələr