AZ

Olaf Şolts: Rusiya sanksiyalarının növbəti paketi qəbulediləcək

Rusiyaya qarşı yeni sanksiyalar paketi Almaniya tərəfindən bloklanmayıb və onun detalları ilə bağlı müzakirələr hələ də davam edir.

“İki sahil” xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts deyib.

Onun sözlərinə görə, söhbət Almaniya iqtisadiyyatının öz fəaliyyətini həyata keçirə bilməsindən gedir.

Olaf Şolts hesab edir ki, Rusiyaya qarşı yeni sanksiyalar paketinin təsdiqi tezliklə baş tutacaq.

Qeyd edək ki, Avropa ölkələri hazırda Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı danışıqlar aparır. Məlumata görə, Aİ ölkələrinə Rusiyanın mayeləşdirilmiş qazının Avropa terminalları vasitəsilə təkrar ixracına qadağa qoyulacaq.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
ikisahil.az

1Mənbələr