AZ

Bakıda uşaqlar üçün bayram şənliyi keçirilib

Bakı. TurkicWorld:

Bakıda Müstəqil Sənayeçi İşadamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə ənənəvi “Ərəfə Çiçəkləri” günü keçirilib.

Bu barədə TurkicWorld-a MÜSİAD-dan bildirilib.

“Ərəfə Çiçəkləri” günü çərçivəsində aztəminatlı ailələrin uşaqlarına və valideyn qayğısından məhrum qalan uşaqlara bayram paltarları alınıb.

Məlumat üçün qeyd edək ki, Ərəfə Çiçəkləri Osmanlı İmperiyasından miras qalan görkəmli bir yardım mexanizmidir.

Xatırladaq ki, MÜSİAD-ın 81 ölkədə, 164 məntəqədə ümumilikdə 12 mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var. Bu il MÜSİAD-ın yaranmasından 34 il keçir.

Hafiz Rufizoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
turkic.world

1Mənbələr