AZ

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası

Azərbaycanın tarixinin 1960-cı illərin sonundan XXI əsrin əvvəllərinə qədər olan dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Heydər Əliyev bu müddət ərzində Azərbaycanın yüklənmiş məsuliyyətini öz çiyinlərində daşıyaraq ölkəni dövlət və xalq olaraq tarixin çətin və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil dövlətin möhkəm təməllərini qurmuşdur. Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdəki dirçəlişi onun adı ilə əlaqəlidir.

Heydər Əliyevin idarəetmə fəlsəfəsi 1960-cı illərin sonlarından başlayaraq xalqın milli özünüifadəsinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyası ilə xarakterizə olunmuşdur. Onun əsasını qoyduğu azərbaycançılıq ideologiyası müasir Azərbaycanın yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır.
XX əsrin sonlarına doğru Azərbaycanın dövlətçilik ənənələrinin bərpası və zənginləşdirilməsi, müstəqilliyinin möhkəmləndirilməsi və beynəlxalq nüfuzunun artması Heydər Əliyevin səmərəli fəaliyyəti nəticəsində mümkün olmuşdur. Bu baxımdan, yunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan Ulu Öndər Heydər Əliyevdir. O, Azərbaycanın müstəqilliyinin saxlanılması, möhkəmlənməsi və inkişafında müstəsna rol oynamış, xalqına dayaq olmuşdur. Bu dövrdə Azərbaycanın dövlət müstəqilliyinin bərpası üçün əvəzsiz bir lider kimi önə çıxmışdır.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən qısa müddət sonra ciddi təhlükələrlə üzləşmişdi. Heydər Əliyev həmin dövrü belə xarakterizə edirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan daxili qüvvələr güclü idi və həmçinin Azərbaycanın müstəqilliyi başqa ölkələrdə bəzi dairələri narahat edirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və daxildəki hakimiyyət münaqişələri dövlətimizi zəiflətmişdi."
1993-cü ilin iyununda ölkədəki hakimiyyət böhranı kulminasiya nöqtəsinə çatmış, respublika xaos və anarxiya içində boğulmuşdu. Bu dövrdə Azərbaycan tarixi özbaşınalıq, siyasi qeyri-sabitlik və iqtisadi tənəzzüllə yadda qalmışdır. AXC-Müsavat hakimiyyətinin bir illik dövrü ölkədə anarxiya, iqtisadi geriləmə və torpaqlarımızın işğalı ilə nəticələnmişdir. Bu vəziyyətdən çıxış yolu olaraq xalq Heydər Əliyevi hakimiyyətə çağırırdı və o, Azərbaycanın xilası üçün tarixi məsuliyyəti üzərinə götürdü.
Heydər Əliyevin qayıdışı Azərbaycanı parçalanmaqdan xilas etdi. Onun rəhbərliyi ilə ölkədə qayda-qanun bərpa edildi, nizami ordu yaradıldı, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində danışıqlara başlandı, iqtisadi dirçəlişin əsası qoyuldu və Azərbaycanın beynəlxalq əlaqələri genişləndi. İlk parlament seçkiləri keçirildi və ölkənin Konstitusiyası qəbul edildi. Heydər Əliyevin liderliyi ilə Azərbaycanın dünya birliyinə inteqrasiyası prosesinə start verildi və siyasi islahatlar həyata keçirildi.
Prezident İlham Əliyev Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanı dinamik inkişaf edən, modernləşən və beynəlxalq nüfuzu artan bir dövlətə çevirmişdir. Vətən müharibəsində qazanılan zəfər də bu siyasətin məntiqi nəticəsidir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da yüksək zirvələrə nail olacaq və Qarabağ regionu dünyanın ən gözəl yerlərindən birinə çevriləcək.
Heydər Əliyevin Azərbaycan xalqı üçün etdiyi işlər və onun əziz xatirəsi əbədi olaraq xalqımızın qəlbində yaşayacaqdır.
Elnur Azadxanov
Sumqayıt Tibb Mərkəzinin direktoru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
yenilik.az

1Mənbələr