AZ

İlk qələbədən 16 il sonra…

İsveçrə yığması Avropa çempionatlarının final mərhələlərində tarixi uğuruna əlavə rəng qatıb.

İdman.biz xəbər verir ki, 1996-cı ildən debüt etdiyi həlledici mərhələlərdə 6-cı cəhdinə çıxan komanda 2008-ci ildə qazandığı ilk qələbənin günündən (15 iyun) düz 16 il sonra meydandan qalib ayrılıb.

Həmin vaxt III turda Portuqaliyanı 2:0 hesabı ilə məğlub edən isveçrəlilər bu dəfə ilk turda Macarıstandan güclü olublar - 3:1.

Kölndə fərqlənən futbolçular - Kvadvo Dua, Mişel Ebişer, Brel Embolo final mərhələsində ilk dəfə qol sevinci yaşayıblar. Bunadək isveçrəlilərin 16 qoluna 7 futbolçusu imza atmışdı. Artıq bu say 10-a yüksəlib.

Embolo isə yığmasının Avropa çempionatları final mərhələlərində ən gec qolununun müəllifi kimi tarixə düşüb. O, 90+3-cü dəqiqədə rəqib qapısına yol tapıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
idman.biz

1Mənbələr