AZ

"Ağdamımız şanlı bayrağımızın rənglərinə boyanıb!" - Prezidentin xüsusi nümayəndəsi



Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov X hesabında “Aghdam City Hotel”in Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldığı görüntüləri paylaşıb.

aia.az xəbər verir ki, Prezidentin xüsusi nümayəndəsinin 15 İyun – Qurtuluş Günü münasibətilə paylaşdığı yazıda qeyd olunub:

“Bu gün 15 İyun – Milli Qurtuluş Günüdür. Bu münasibətlə doğma Ağdamımız şanlı bayrağımızın rənglərinə boyanıb! Xalqımızı bu şərəfli gün münasibətilə təbrik edir, müstəqilliyimizin əbədi olmasını diləyirik!”.




Seçilən
148
7
aia.az

10Mənbələr