AZ

"Arsenal"ın məşhur qoleadoru dünyanı dəyişdi

Tanınmış ingilis futbolçu Kevin Kempbell dünyasını dəyişib.

Fanat.Az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Xəbərə görə, “Arsenal”ın və “Everton”un keçmiş hücumçusu iyunun 15-də 54 yaşında vəfat edib.

O, iki həftə əvvəl xəstəxanaya yerləşdirilən də, həyatını xilas etmək mümkün olmayıb. 

Kempbell 1988-1995-ci illərdə “Arsenal”da çıxış edib, London komandasının heyətində 210 matçda 55 qol vurub. "Topçular"la birlikdə 1990/91 mövsümündə İngiltərə çempionu olub, İngiltərə Kuboku və Liqa Kubokunu, eləcə də Kuboklar Kubokunu qazanıb.

1999-2005-ci illərdə Kempbell "Everton"da çıxış edib, burada 160 oyuna çıxıb və 50 qol vurub. Forvard karyerası ərzində “Nottingem Forest”, “Vest Bromviç”, “Kardiff Siti”, “Lester Siti” və “Trabzonspor”da da çıxış edib.

Kempbell İngiltərə gənclər komandasının heyətində dörd oyuna çıxıb və bir qol vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
fanat.az

1Mənbələr