AZ

“Real”da təqdimat tarixi açıqlandı

Kilian Mbappenin “Real”dakı təqdimat mərasiminin tarixi müəyyənləşib.

“Relevo”nun yaydığı məlumata görə, fransalı hücumçunun təqdimatı qitə çempionatından sonra - iyulun 16-da “Santyaqo Bernabeu” stadionunda olacaq.

Mbappe Fransa millisi ilə AÇ-2024-də iştirak edəcək. Xatırladaq ki, “Real” 25 yaşlı oyunçunun transferini iyunun 3-də açıqlayıb. Mbappe yeni komandasında “9” nömrəli formanı daşıyacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
football-plus.az

1Mənbələr