AZ

Kampbell vəfat etdi

İngiltərəli veteran futbolçu Kevin Kampbell 54 yaşında vəfat edib.

Msport.az xəbər verir ki, onun ölümünə səbəb ağır xəstəlik olub.

Kevin ilin əvvəlindən müalicə üçün xəstəxanaya yerləşdirilib. Amma onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, forvard karyerası ərzində “Arsenal”,”Lester Siti”, “Notingem”, “Trabzonspor”, “Everton”, “Vest Bronviç” və “Kardif Siti” klublarının şərəfini qoruyub.

Seçilən
208
1
msport.az

2Mənbələr