Monteneqro millisinin qapıçısı Matiya Sarkiç vəfat edib.
Fanat.Az xəbər verir ki, bu haqda "Daily Mail" məlumat yayıb.
26 yaşlı qolkiper bu səhər, iyunun 15-də Budva şəhərindəki evində dünyasını dəyişib.
Ölümün səbəbləri məlum deyil. Sarkiç səhər özünü pis hiss edib. Həkimlər evə gəlsələr də, futbolçunu xilas edə bilməyiblər.
Sarkiç iyunun 5-də Monteneqro millisinin heyətində Belçika ilə yoldaşlıq oyununda (0:2) çıxış edib. Ümumilikdə, qapıçı millidə 9 matç keçirib.
Mirağa