AZ

Millinin qapıçısı vəfat etdi - 10 gün əvvəl Belçikaya qarşı oynamışdı 

Monteneqro millisinin qapıçısı Matiya Sarkiç vəfat edib. 

Fanat.Az xəbər verir ki, bu haqda "Daily Mail" məlumat yayıb.

26 yaşlı qolkiper bu səhər, iyunun 15-də Budva şəhərindəki evində dünyasını dəyişib.

Ölümün səbəbləri məlum deyil. Sarkiç səhər özünü pis hiss edib. Həkimlər evə gəlsələr də, futbolçunu xilas edə bilməyiblər.

Sarkiç iyunun 5-də Monteneqro millisinin heyətində Belçika ilə yoldaşlıq oyununda (0:2) çıxış edib. Ümumilikdə, qapıçı millidə 9 matç keçirib.

Mirağa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
fanat.az

1Mənbələr