AZ

UNEC ilə Tümen Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Rusiya Federasiyasının Tümen Dövlət Universiteti (TDU) və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb.

 

AzEdu.az xəbər verir ki, Tümen Dövlət Universitetinin Beynəlxalq Sahibkarlıq Məktəbinin direktoru professor Eduard Omarovla UNEC-in Tədris üzrə prorektoru dosent Gəray Musayev arasında universitetlərarası yeni əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

Əməkdaşlıq çərçivəsində birgə elmi-tədqiqat təcrübəsi və araşdırmalar, birgə təhsil (bakalavr, magistratura və doktorantura) proqramlarının təşkil edilməsi, tələbələrin mübadiləsi, müəllim heyətinin mübadiləsi, birgə nəşrlərin və elmi materialların mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
azedu.az

1Mənbələr