AZ

“Daha sabit çıxış etmək üzərində bir qədər də işləmək lazımdı”

Ayan Allahverdiyeva Hindistanın Qandinaqar şəhərində keçirilən şahmat üzrə gənclər arasında dünya çempionatında bürünc medal qazanıb. O, 11 turda 8,5 xal toplamaqla 3-cü yeri tutub.

Digər şahmatçılarımızdan Nərmin Abdinova və Səbinə Rzalı mükafatçılar sırasına düşə bilməyiblər.

Xatırladaq ki, İsveçrə sistemi ilə keçirilən yarışda 44 ölkədən 102 şahmatçı mübarizə aparıb. Ayan ötən il 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatının da qızıl medalını qazanıb. Onunla əlaqə saxlayaraq, yarışla bağlı fikirlərini öyrəndik:

“Birinci olmaq istəsəm də, alınmadı. Deməli, belə olmalıymış. Yarış çox xoşuma gəldi. İkinci olan şahmatçı ilə bərabərə qaldım. Dünya kubokunun qalibi ilə də heç-heçə olmalıydı, amma alınmadı. Daha sabit çıxış etmək üzərində bir qədər də işləmək lazımdı. İnşallah, zamanla o da düzələcək. Gələcəyə ümidlə baxırıq. Hər şey yaxşıdı, inkişaf görünür”.

GÜNAY SÜLEYMANOVA 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
football-plus.az

1Mənbələr