AZ

Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas edən tarix



"Müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 15 iyun təkcə xaosdan, anarxiyadan, vətəndaş qarşıdurmasından Qurtuluş Günü deyil, həm də Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas edən tarixdir. Məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən Bakıya, siyasi hakimiyyətə qayıdışından sonra ölkənin başı üzərini alan qara buludlar yox oldu, Azərbaycan parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas oldu".

Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, 31 il əvvəl Azərbaycan xalqı doğru-düzgün seçim edərək Ümummilli lider Heydər Əliyevi Bakıya, siyasi hakimiyyətə dəvət etməsəydi, bu gün Azərbaycanın mövcudluğundan danışmaq çətin olardı:

"Ümumilli lider xalqın təkidli tələbi və ölkənin ağır durumda, məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığını nəzərə alaraq çiynini bu ağır yükün altına verdi və çətinliklə də olsa qısa müddətdə Azərbaycana qarşı yönəlmiş xain, məkirli planları alt-üst etdi".

Arzuman Muradlı deyib ki, aradan yüz illər keçsə də, qədirbilən xalqımız bu tarixi unutmayacaq, ümumilli lideri böyük ehtiram və hörmətlə yad edəcək

Süleyman
Seçilən
106
newscenter.az

1Mənbələr