AZ

ABŞ Skandinaviya Müqavimət Hərəkatını terror təşkilatı kimi tanıyır

ABŞ Dövlət Departamenti ölkənin İsveçdə yerləşən Skandinaviya Müqavimət Hərəkatını (NRM) və onun üç liderini “Xüsusi Təyin olunmuş Qlobal Terrorçular” kimi tanıdığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, ABŞ Dövlət Departamentindən verilən açıqlamada ABŞ-ın etnik səbəblərə görə zorakılıq təhlükəsindən narahat olduğu bildirilib.

Açıqlamada ABŞ-ın Avropalı tərəfdaşları ilə məsləhətləşdikdən sonra NRM-i terror təşkilatı kimi tanımaq qərarına gəldiyi, hərəkatın və onun 3 liderinin “Xüsusi olaraq təyin edilmiş qlobal terrorçular” kimi tanındığı bildirilib.

Bəyanatda təşkilat üzvlərinin siyasi opponentlərə, etirazçılara və jurnalistlərə qarşı şiddətli hücumlar təşkil etdiyi, MHM-nin “bıçaqla döyüş” kimi şiddətli təlimlər təşkil etdiyi vurğulanıb.

Bəyanatda sözügedən təşkilat Norveç, Danimarka, İslandiya və Finlandiyada şöbələri olan İsveçin ən böyük neonasist qrupu olaraq xarakterizə edilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
turkustan.az

1Mənbələr