AZ

ABŞ onları qlobal terrorçular siyahısına saldı

ABŞ İsveçdə yerləşən Nordik Müqavimət Hərəkatını (NRM) “Xüsusi Təyin olunmuş Qlobal Terrorçu” kimi tanıdığını açıqlayıb.

News24.az xəbər verir ki, Norveç, Danimarka, İslandiya və Finlandiyada da nümayəndələri olan və 2020-ci ildən fəaliyyəti qadağan edilən təşkilat "İsveçdəki ən böyük neonasist qrupu" kimi tanınır.

Açıqlamada ABŞ-ın etnik səbəblərə görə zorakılıq təhlükəsindən narahat olduğu və təşkilatın 3 üzvünün bu siyahıya daxil edildiyi bildirilib.

Qeyd edək ki, ABŞ-ın avropalı tərəfdaşları ilə görüşdükdən sonra bu qərarı verdiyi, qərarlarının irqçilik, mühacirlərə qarşı düşmənçilik, antisemitizm və anti-LGBTQ+ zorakılığı ilə bağlı olduğu bildirilib.

Təşkilat üzvlərinin siyasi opponentlərə, etirazçılara və jurnalistlərə qarşı şiddətli hücumlar həyata keçirdiyini bildirən ABŞ Dövlət Departamenti əlavə edib ki, NRM “bıçaqla döyüş” kimi şiddətli təlimlər təşkil edir.

Bu qərar o deməkdir ki, təşkilata və ya onun rəhbərlərinə məxsus ABŞ-da yerləşən aktivləri dondurulacaq və onların ABŞ maliyyə sistemindən istifadəsinə qadağa qoyulacaq.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
news24.az

1Mənbələr