AZ

Millimizin basketbolçusu "Top-10"da

Basketbolun 3x3 növü üzrə Qadın Seriyasının Fransanın Klermo Feran şəhərində keçirilən mərhələsinin ilk gününün ən yaxşıları açıqlanıb.

Prosport.Az xəbər verir ki, Azərbaycan millisinin basketbolçusu Aleksandra Mollenhauer də bombardirlərin siyahısında yer alıb.

İlk gündə 13 xal toplayan oyunçumuz “Top-10”da qərarlaşıb. Mollenhauer 8-ci pillədə yer alıb.

Marsedes Uolker 10 xalla 16-cı, Dina Ulyanova 8 xalla 28-ci, Tatyana Deniskina 3 xalla 43-cüdür.

Qeyd edək ki, qrupda Filippinə 22:17 hesabı ilə qalib gələn (22:17) yığmamız Niderlanda uduzub – 12:21. Komandamız 1/4 finalda Fransa ilə görüşəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
prosport.az

1Mənbələr