AZ

Seru Girassi “Bayern”ə mümkün keçidi haqda sualı cavabladı

Almaniyanın “Ştutqart” klubunun hücumçusu Seru Girassi “Bayern”ə keçməkdə maraqlı olub-olmadığı haqda sualı cavablayıb.

Arena.az qvineyalı futbolçunun bu barədə fikirlərini təqim edir:

“Müəyyənliklə. Bu, çox böyük klubdur. Amma hələ ki, heç bir irəliləyiş yoxdur. Mənim “Ştutqart”la müqaviləm var. İndi məzuniyyət vaxtıdır. Bir neçə həftədən sonra hər şeyin necə olacağını biləcəyik”, deyə Girassi vurğulayıb.

Xatırladaq ki, Seru Girassi “Ştutqart”a 2023-cü ilin iyulunda 9 milyon avro məbləğ müqabilində “Renn”dən tamhüquqlu əsasda transfer edilib. Buna qədər Girassi “Ştutqart”da “Renn”dən icarə əsasında çıxış edib. Qvineyalı hücumçunun Şvabiya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Girassi geridə qalmış 2023/2024 mövsümündə “Ştutqart”ın heyətində 30 oyunda 30 qol vurub, 3 məhsuldar ötürmə verib. 28 yaşlı futbolçunun “Ştutqart” karyerası bütövlükdə 58 oyun, 44 qol və 5 məhsuldar ötürmədən ibarətdir.

Seru Girassi 2022-ci ilin martında debüt etdiyi Qvineya yığmasının heyətində 16 oyuna 3 qolla fərqlənib.

Seru böyük futbolda heç bir qənimət qazanmayıb.

“Transfermarkt” internet-portalı 28 yaşlı qvineyalı mərkəz hücumçusunun transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
arena.az

1Mənbələr