AZ

Papadan süni intellekt xəbərdarlığı

Katoliklərin ruhani lideri Papa Fransisk, G7 Başçılarının Zirvə Toplantısının ikinci günündə ev sahibi İtaliyanın dəvəti ilə qatıldığı G-7-nin Afrika və Aralıq dənizi/Süni intellekt və enerji üzrə Yüksək Səviyyəli Sessiyasında çıxış edib. 

News24.az xəbər verir ki, sessiyaya və G7 Zirvəsinə qatılan ilk Papa olan Papa Fransisk liderlərə süni intellektlə bağlı xəbərdarlıq edib. Liderlərin süni intellekt texnologiyasından bəşəriyyətin xeyrinə istifadə etmə məsuliyyəti olduğunu ifadə edən Papa Fransisk, “İnsanların özləri və həyatları haqqında qərar vermək qabiliyyətini əlimizdən alsaq və onları maşınlardan asılı vəziyyətə salsaq, bəşəriyyəti ümidsiz gələcəyə məhkum edəcəyik" deyib.

Liderləri süni intellekt texnologiyası araşdırmalarını istiqamətləndirməyə və insan ləyaqətini qorumağa çağıran Papa Fransisk, "Təcili olaraq siyasi fəaliyyətə ehtiyacımız olan yer budur" deyib.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
news24.az

1Mənbələr