AZ

Göygöl rayonunda 2 avtomobil toqquşub, xəsarət alanlar var

Göygöl rayonunun Topalhəsənli kəndində iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər yaralanıb.
 "Opel” və digər markalı avtomobillərin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü V.Abışov və 1997-ci il təvəllüdlü N.Hümbətov xəsarət alıblar.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.
 
 

Seçilən
96
2
7news.az

10Mənbələr