AZ

"Honda" elektrik avtomobilləri yarışına qoşulur - Foto



“Honda” şirkəti yeni "N-VAN e" modelini, kompakt elektrik avtomobilini təqdim edib.

Reyting.az
"Bloomberg"-ə istinadla bildirir ki, hibridlər və ya daxili yanma mühərrikləri ilə ənənəvi avtomobillər istehsal etməyə üstünlük verən yapon istehsalçıları daxili bazarda bu cür yeni və sərfəli modelləri, akkumulyatorlu elektrik avtomobillərini tez-tez təklif etmirlər. Bu səbəbdən "Honda N-VAN e" adlanan yeni kompakt elektrik avtomobilinin ilk buraxılışları daxildə, yəni Yaponiyanın maşın bazarında yüksək profilli hadisə hesab olunur. İlkin qiyməti 15 550 ABŞ dollarından başlayan yeni avtomobil 245 kilometr məsafə qəti ilə özünün geniş transformasiya imkanlarını təqdim edəcək.

Bu yeni məhsulun sxemi, eləcə də müasir xüsusiyyətləri tamamilə yerli arxipelaqın darısqal şəhərlərində istismara yönəlmiş yapon universal təyinatlı avtomobillərin ənənəsinə uyğundur. 245 kilometrlik orta məsafə elektromobilin qiymətini məqbul həddə saxlamağa kömək edir, istəyənlər isə 700 dollarlıq əlavə ödənişin sayəsində sürətli şarj dəstəyi ala bilərlər. Həmçinin bu halda avtomatik olaraq sürətlənmələr baş verəcək və dartma batareyasını tam doldurmaq vaxtı dörd saat yarımdan otuz dəqiqəyə qədər azalacaq.



Nəşr yazır ki, interyer dəyişikliyi məqsədi ilə yaradılmış ən geniş imkanlar belə bu gedişat mərhələsində bir elektrik nəqliyyat vasitəsini çatdırılma xidmətləri üçün istifadə etməyə geniş imkan yarada biləcək. Ən son versiyada bu avtomobil dörd sərnişin daşıyır, lakin oturacaqlar düz döşəməyə qatlana bilər, tam oturacaq isə yalnız sürücü yeri üçün qalır. Elektromobildə sol B sütunu yoxdur, bu isə sürüşən arxa qapı ilə birgə böyük əşyaların yüklənməsini, həmçinin salondan çıxarılmasını xeyli asanlaşdırır.

"N-VAN e"-nin ən səxavətlə təchiz edilən bu versiyalarının qiyməti təxmin edildiyi kimi, 17.000 dollardan çox ola bilər, lakin "Honda" şirkəti bəyan edib ki, onların da sərfəli təklifləri olacaq və təqdim edilən müxtəlif subsidiyaların hesabına şirkətin özü təvazökar davranışı ilə bu avtomobili çox aşağı qiymətlə dəyərləndirəcək.

Müştərilərin seçimi ilə Yaponiya istehsalı olan "Honda" avtomobilinin kuzovu fərdi sifarişlə hətta iki rəngə də sahib ola bilər. "Honda" şirkətinin sözçüsü "Bloomberg"-ə deyib ki, yeni model elektrik avtomobilləri oktyabrın 10-da satışa çıxarılacaq.

Oqtay QORÇU
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
reyting.az

1Mənbələr