AZ

Avro-2024-də daha 3 oyun

style='margin-bottom:10px;'>

Almaniyada təşkil edilən futbol üzrə Avropa çempionatında bu gün  1-ci turun daha 3 oyunu keçiriləcək.

QOL.az xəbər verir ki, 2-ci oyun günündə A və B qrupunun matçları oynanılacaq.

A qrupunda Macarıstan İsveçrə ilə qarşılaşacaq. Oyun saat 17:00-da başlayacaq.

B qrupunun ilk görüşündə İspaniya və Xorvatiya milliləri üz-üzə gələcək. Bu görüşün start fiti saat 21:00-da veriləcək.

B qrupununun daha bir matçında İtaliya və Albaniya milliləri qarşı-qarşıya gələcək. Oyun saat 23:00-da start götürəcək..

Qeyd edək ki, turnirin açılış matçında ötən gün meydan sahibi Almaniya millisi Şotlandiyanı 5:1 hesabı ilə məğlub edib.

15 iyun

Avro-2024

A qrupu, 1-ci tur

17:00. Macarıstan - İsveçrə
Baş hakim
: Slavko Vinçiç (Sloveniya).
Köln, “Reyn Enerqi” stadionu.

B qrupu, I tur

20:00. İspaniya - Xorvatiya

Baş hakim: Maykl Oliver (İngiltərə).

Berlin, Olimpiya stadionu

B qrupu, 1-ci tur

23:00. İtaliya - Albaniya

Baş hakim: Feliks Çvayer (Almaniya).

Dortmund, "Siqnal İduna Park" stadionu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
50
teleqraf.com

10Mənbələr