AZ

Neymar ciddi zədədən sonra məşqindən görüntülərini paylaşdı

“Əl-Hilal”ın ulduzu Neymar Braziliya millisindəki tərəfdaşı, “Arsenal”ın hücumçusu Qabriel Jezusla birgə məşqindən görüntülər paylaşıb.

Arena.az məlumat verir “Ney” özünün sosial şəbəkə hesabları üzərindən paylaşdığı görüntüləri şərh edib:

“Məzuniyyət üstəgəl məşq. Bu gün mən “qərdeş”im Qabriel Jezusun hüzurunda məşq etdim”, – Neymar dərc edib.

Xatırladaq ki, Neymar 2026-cı il dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ağır zədə almış və bu səbəblə cərrahi əməliyyat edilmişdi.

Hazırda ulduz futbolçunun yaşıl meydanlara qayıdış müddəti azacıq uzansa da, Neymar dizinin çarpaz bağının yırtığından sonra bərpa prosesi keçir və fiziki formasının bərpası üzrə məşqlərlə məşğuldur.
Neymar ötən ilin yayında, PSJ-də 6 il keçirdikdən sonra “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan 1 il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.

Artıq geridə qalmış mövsümdə təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində bütün yarışlarda cəmi 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı futbolçunun transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
arena.az

1Mənbələr