AZ

Avtomobillərin texniki müayinəsində yeniliklər

Nəqliyyat vasitəsini texniki baxışdan keçirmək hər bir sürücü üçün zəruri prosesdir. Əgər avtomobil yenidirsə, 4 il tam bitəndən sonra texniki baxışdan keçir. Məsələn, 2024-cü il istehsalı olan avtomobil 2029-cü ildə texniki baxış üçün müvafiq müayinə mərkəzinə aparılmalıdır. İstehsal ilinin 4 ili tamam olmuş avtomobillər üçün 2 ildən bir, istehsal ilindən 10 il keçmiş avtomobillər üçün isə hər il texniki baxışdan keçmə zəruridir.

Qarşıdan bayram günləri gəlir. Nəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə müayinədən keçməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzində yaradılan yeniliklərlə tanış olmaq üçün əraziyə yollandıq.

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzindən hazıqladığı reportajı təqdim edir.

Müayinə mərkəzləri 24 saat fasiləsiz olaraq sürücülərin ixtiyarındadır. Bizi qarşılayan Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzinin Dövlət Avtomobil müfəttişi polis mayoru Kamal Əhmədli deyir ki, mərkəzdə daha bir yenilik nəzarət ölçü cihazların tamamilə təzələnməsidir:

"Nəqliyyat vasitələrinin texniki müayinə zamanı yoxlanılması prosesi üçün yeni avadanlıqlar almışıq. Yeni avadanlıq texniki baxış zamanı sürücüləri ən çox narahat edən məsələni - avtomobilin faralarının düzgün ölçülməsini yoxlayır. Sürücülər tez-tez faralarla bağlı onlara təqdim edilən nasazlıq haqqında məlumatlarla razılaşmırlar. Amma bu cihaz artıq bütün narazılıqlara son qoyacaq nəticə təqdim edir. Əsas məsələlərdən biri də hüquqi şəxslərə məxsus olan nəqliyyat vasitəsini idarə edən sürücülərin texniki baxışa gələn zaman proseslərin daha da sürətləndirilməsi üçün tətbiq edilən yenilikdir. Əvvəl, əgər nəqliyyat vasitəsinin üzərində ödənilməmiş cərimə var idisə, onu müəyyən etmək lazım idi. Avtomobili kimin idarə etdiyini müəyyənləşdirmək üçün sənədlər toplanılırdı. Çünki əvvəl bu, bizim səlahiyyətimizdə deyildi. Artıq bu səlahiyyətlər bizə verildi. Belə ki, artıq avtomobil texniki baxışa gələn zaman üzərində tətbiq edilən cərimə qərarsızdırsa, sürücü aidiyyəti sənədləri təqdim etdikdən sonra biz cəriməni qərarlı olaraq təsdiq edirik. Sürücü isə bu cəriməni Mərkəzdə olan terminallar vasitəsilə rahat şəkildə ödəyə bilir. Bu, yalnız hüquqi şəxslərə məxsus nəqliyyat vasitələrini idarə edən sürücülərə aiddir. Çünki fiziki şəxslərə yazılan cərimələr dərhal qərarlı olaraq sistemə keçirilir".

Texniki baxış zamanı nəqliyyat vasitəniz aşağıdakı texniki göstəricilərə sahib olmalıdır:

1. Dəm qazı

2. Şinlərin protektoru

3. Avtomobilin konstruksiyasında nəzərdə tutulubsa, brızqoviklər

4. Çatsız şüşələr

5 İşıqların saz vəziyyətdə olması

6. Təhlükəsizlik kəməri

7. İşlək əyləc sistemi

8. Yağ və ya yanacaq sızmasının olmaması.

 

Avtomobildə yanğınsöndürən, qəza-durma nişanı və tibb çantasının olması vacibdir.

Qeyd edək ki, artıq bir neçə ildir ki, paytaxtda müəyyən olunmuş vaxtlarda hərəkəti məhdudlaşdırılan yük avtomobillərinin, eləcə də günün müəyyən vaxtlarında sərnişinlərə xidmət göstərən avtobusların xidmətdən sonra texniki baxışdan keçə bilmələri üçün texniki müayinə mərkəzlərində 24 saat fasiləsiz iş rejimi tətbiq edilir.

Mərkəz bayram günlərində də vətəndaşlara xidmət göstərməyə davam edir.

Avtomobildə olan nasazlıqların vaxtında aşkar edilməsi yollarda təhlükəsiz hərəkətin təmini üçün mühüm əhəmiyyət kəsb edir. Ona görə də, nəqliyyat vasitələrinin vaxtında texniki baxışa təqdim edilməsi vacibdir.

Avtomobil istehsal olunduğu vaxtdan dörd il keçdikdə - iki ildə bir dəfə, istehsal olunduğu vaxtdan on il keçdikdə - ildə bir dəfə texniki baxışdan keçirilməlidir.

Zabratda yerləşən Texniki Baxış və Müayinə Mərkəzinin Baş Dövlət Avtomobil Müfəttişi polisi mayoru Kamal Əhmədli onu da qeyd edib ki, burada texniki baxışa gələn nəqliyyat vasitələrinin əksəriyyətində qarşılaşdığımız problem əyləc sistemləri və faraların düzgün vurmaması ilə bağlı nasazlıq olur:

"Texniki Baxış və Müayinə Mərkəzindən 12 buraxılış qapısında sürücülərə xidmət edir. Hər buraxılış qapısından eyni anda 4 nəqliyyat vasitəsinin baxışı həyat keçirilir. İlk növbədə nəqliyyat vasitəsi buraxılış məntəqəsinə daxil olarkən yanğınsöndürən, tibb çantası və qəza dayanma nişanı ilə təchiz edilməlidir. Bütün bunlar Nazirlər Kabinetinin müvafiq qaydasına uyğun yerli-yerində olmalıdır. Yanğınsöndürən vasitə minik avtomobili üçün 2 litr, yük avtomobillərində isə 4 litr olmalıdır. Müayinə xəttinə girən avtomobildə işlənmiş qazların xaricetmə sisteminin qaydasında olması yoxlanılır. Daha sonra nəqliyyat vasitəsinin faralarının texniki tələblərə uyğunluğu yoxlanılır. Bu, günün qaranlıq saatlarında hərəkətdə olarkən sürücünün yolu daha rahat görməsi, nəqliyyat vasitəsini müvafiq zolaq üzrə təhlükəsiz idarəetməsinə kömək edir. Əksər hallarda sürücülər nəqliyyat vasitələrini texniki baxışa gətirəndə avtomobilin xarici hissələrinin zədəli formada olması, təkər şinlərinin, əyləc sistemlərinin nasaz olması qeydə alınır. Ban hissələrinin zədəli olması yoxlanılır, mühərrik, şassi nömrələrinə baxılır, texniki şəhadətnamə ilə eyniləşdirilir. Əgər nömrələr fərqlidirsə, müvafiq tədbirlər görülür".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
2
avtosfer.az

3Mənbələr