Almaniyada AVRO-2024-ə start verilib.
Sportinfo.az xəbər verir ki, A qrupunda yer alan meydan sahibləri Şotlandiya ilə üz-üzə gəlib.
Münhendəki "Alyanz Arena"da baş tutmuş matçda almanlar rəqibini 5:1 məğlub edib.
Qrupun digər matçı isə Macarıstan və İsveçrə yığmaları arasında keçiriləcək.
Almaniya – Şotlandiya 5:1
Qollar: Virts, 10. Musiala, 19. Haverts, 45+1-pen. Füllkruq, 68. Emre Can, 90+3 – Rüdiger, 87-öz qapısına.