AZ

G7: Fələstin-İsrail münaqişəsi Fələstinin tanınması və iki dövlətin dinc yaşaması əsasında bitməlidir

“Fələstin-İsrail arasında Qəzzada gedən hərbi münaqişə Fələstinin müstəqilliyinin tanınması və  iki dövlətin dinc birgə yaşayışı əsasında bitməlidir”.

Bizim.Media xəbər verir ki, bu barədə G7-nin İtaliyada keçirilən sammitinin yekun bəyanatında bildirilib.

“Biz beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq təhlükəsiz və tanınmış sərhədlər daxilində iki demokratiyanın - İsrail və Fələstinin dinc birgə yaşayışı ilə münaqişənin iki dövlət əsasında həllinə sarsılmaz sadiqliyimizi bir daha təsdiqləyirik. Bunun üçün isə Qəzza zolağı İordan çayının qərb sahili ilə Fələstin administrasiyasının səlahiyyətləri altında birləşdirilməsi vacibdir” – bəyanatda qeyd edilib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
bizim.media

1Mənbələr