AZ

HEYDƏR ƏLİYEV- TARİXİN ƏN BÖYÜK AZƏRBAYCANLISI

18 oktyabr 1991-ci ildə "Sovet Sosialist" təyinindən imtina etmiş Azərbaycan müstəqillik haqqında Konstitutsiya Aktı elan edərək yenidən milli istiqlaliyyətinə qovuşdu. Məhz o gün Azərbaycan parlamenti daha bir tarixi qərar qəbul etməli idi, amma o qərarı qəbul etməyə bir cəmiyyət olaraq ortaq zəkamızın, ictimai fikir müəssisəmizin səviyyəsi, uzaqgörənliyi, siyasi akterlərin isə xarakteri və cəsarəti çatmadı.

Bəlkə də kimlərsə bəsit düşünüb "nə dəxli var" deyə soracaq, ancaq mən tarixi şüurun bir toplumun bu gününün və gələcəyinin şəkillənməsindəki kardinal rolunu az-çox bilən kimi, məsələyə daha dərindən yanaşmağın tərəfindəyəm. Keçmiş SSRİ məkanında ən ciddi milli azadlıq hərəkatlarından biri Azərbaycanda getmişdi və bu hərəkatın həm tarixdən təbii asılılığı, həm də onun ali məqsədinə- milli istiqlaliyyətə çatmasını arzulamayan qüvvələrin ideoloji manipulyasiyaları cəmiyyətimizi müsavatçılıq ideologiyasını yönəltmişdi.

Meydan liderlərinin böyük hissəsini əhatə edən neo-müsavatçılıq və zamanın kommunist ideologiyasından məhrum etdiyi qalmış kom-nomenklaturanı birləşdirən bir özəllik vardı- heç birinin gələcəyə aydın baxışı yox idi. Zaman bizdən tarixi şansdan rasional bir şəkildə yararlanmağı və minumum itkilərlə müstəqil dövlət qurmağı tələb edirdi. Müsavatçıların tarixi lideri Məhəmməd Əmin Rəsulzadə bu günü görə bilməmiş və sistemli ideoloji baza yaratmamışdı. (Etiraz edəcək olanlara bircə onu xatırladım ki, Rəsulzadə Cənubi Qafqaz konfederasiyası formalaşmadan Azərbaycanın yenidən müstəqillik qazanacağına inanmırdı). Meydan hərəkatının elitası sosial mənşələrinə görə, Elmlər Akademiyasının, indiki BDU-nun, İnşaat Mühəndisləri və Texniki Universitetlər kimi çeşidli ali məktəblərin parlaq elmi karyeraya malik olmayan ortabab araşdırmaçıları, pedoqoqları idilər. Eynilə onlar kimi SSRİ-nin saxlanılması üçün saxta referendum keçirmiş, QKÇP olaylarında Yanayevdən yana olmuş Ayaz Mütəllibovun çevrəsində cəmlənmiş istibleşmentin də müstəqil Azərbaycanı gözləyən təhlükələri təsüvvür etməyə, dövlət quruculuğunun ağır məsuliyyətini dərk etməyə siyasi dünyagörüşləri, təcrübələri və vərdişləri yox idi. Belə bir şəxsiyyət isə Azərbaycanda vardı və o Heydər Əliyev idi. Odur ki, 18 oktyabr 1991-ci ildə müstəqilliyi elan olunmuş dövlətin başına Heydər Əliyev gətirilməli idi.

Bu, Azərbaycanı Xocalı, Şuşa, Laçın, Kəlbəcər və başqa faciələrdən, torpaq itkilərindən qoruyacağı kimi, nizami ordu quruculuğu və yeni iqtisadi modelə keçid baxımından iki il itirməyimizi önləyəcək, yeni konstitusiyanın qəbulu, parlamentin yenidən formalaşdırılması kimi addımlar sonucunda daxili çəkişmələrin, çevriliş cəhdlərinin də qarşısını böyük ölçüdə alacaqdı. Fəqət bu rasional seçim edilmədi və son nəticədə ölkəmizdə oxlokratik bir iqtidar yarandı. İndi həmin iqtidara "milli-demokratik hakimiyyət" deyilir, ancaq siyasi nəzəriyyələrdən azacıq anlayışı olanlar çox yaxşı bilir ki, ortada nə millilik olub, nə də demokratiya. Bu necə "milli hakimiyyət" idi ki, iqtidar Rəhim Hüseynovun timsalında Mütəllibovun SSRİ-nin saxlanması üçün saxta referendum keçirmiş və QKÇP pərəstişkarlarından ibarət komandasının üzvləri ilə bölüşdürülmüşdü? Bu necə "demokratiya" idi ki, o zaman "Ali Sovet" adlanan parlament tanklarla zəbt olunmuşdu?

Oxlokratik hakimiyyətlər uzun sürə ayaqda qala və üzə çıxdığı cəmiyyəti faciələrə, təhlükələrə sürükləməyə bilməzlər. Azərbaycan da tarixin bu drammatik ənənəsini poza bilmədi. 1993-cü ildə Mütəllibovun yenidən iqtidara qaytarılması üçün hərbi qiyam ssenarisi işə salındı və çox qısa zamanda oxlokratiyanın qiyamın qarşısını almaqda aciz olduğu üzə çıxdı. Gəlin o vəziyyəti bir daha göz önündə canlandıraq və bir anlığa hesab edək ki, Azərbaycanda Heydər Əliyev kimi bir şəxsiyyət yoxdur... Bu yoxluq onunla nəticələnəcəkdi ki, ermənilər Naxçıvanı, Tərtəri, Bərdəni, Yevlaxı, Goranboyu, Gəncəni, Gədəbəyi, Qazaxı, Ağstafanı da işğal edəcək, Qarabağda olduğu kimi, cənubda və şimalda da qondarma bayraqlar dalğalanacaq, Çar Rusiyasının Bakı quberniyasının az bir hissəsinə sıxışdırılmış Azərbaycanda isə XUNTA bərqərar olacaqdı. Bu simulyasiya indi içi mən qarışıq Qarabağ və Şərqi Zəngəzurda tarixi zəfərimizin dadını çıxararaq gərnəşə-gərnəşə şəkil çəkdirənlərə qəribə gələ bilər, ancaq vaxtilə erməni mediasında yayımlanmış məlumatları təzədən incələsək, bir xalq olaraq "olum, yoxsa ölüm" dilemmasından bütün həyatını, iradəsini, təcrübəsini xalq uğrunda, müstəqillik uğrunda ortaya qoymuş Heydər Əliyevin sayəsində çıxdığımızı bir daha yəqin edəcəyik.

Dəfələrlə yazmışam, bir daha təkrar etməkdə yarar var. Azərbaycan tarixində, mənim fikrimcə, 7 ən böyük şəxsiyyət var.

İlki Alp Ər Tunqadır. Farsların "Əfrasiyab", yunanların "Patratua" adlandırdığı Alp Ər Tunqa indi Cənubi Qafqaz və İran adlanan torpaqlara ayağı dəymiş, şəhərlər salmış, bu əraziləri dövlətinə qatmış ilk proto-türk- iskit-sakdır.

İkincisi, ərəb işğalına qarşı üsyan bayrağı qaldırmış və "Azərbaycan" mədəni-siyasi arealını yaratmış Babəkdir. Babək öz sarsılmaz iradəsi ilə milli-coğrafi azadlıq kodlarımızın əsasını yaratmış və tariximizi şəkilləndirmiş bir qılavuzdur.

Seçilən
130
aznews.az

1Mənbələr