Futbol üzrə Avropa çempionatına start verilib.
İqtisadiyyat.az xəbər verir ki, açılış oyununda Almaniya və Şotlandiya yığmaları üz-üzə gəlib Münhendə “Allianz Arena”da baş tutan görüşdə Almaniya 5-1 hesabı ilə qalib gəlib.
Turnirə Almaniya ev sahibliyi edir. “Panzerlər” A qrupunda Şotlandiya ilə yanaşı, İsveçrə və Macarıstanla mübarizə aparacaq.
Avropa Çempionatı
A qrupu
14 iyun
23:00 Almaniya – Şotlandiya 5-1
Baş hakim: Kleman Turpen (Fransa)
“Allianz Arena”, Münhen.