AZ

Ev sahibindən darmadağınla start

Bu gün AVRO-2024-ə start verilib.

Almaniyada keçiriləcək 17-ci Avropa çempionatının ilk günündə bir matç baş tutub.

Günün yeganə oyunu açılış mərasimindən sonra keçirilib. Çempionatın meydan sahibi Almaniya Şotlandiyanı sınağa çəkib.

Münhendə təşkil olunan qarşılaşma meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb. Almanlar rəqib qapısından 5 top keçirib. 10 nəfərlə qalan Şotlandiya son dəqiqələrdə buraxılan qollardan birinin əvəzini çıxıb.

Qeyd edək ki, qrupun digər oyunu iyunun 15-də keçiriləcək. Macarıstan – İsveçrə matçı Kölndə baş tutacaq.

AVRO-2024
Qrup mərhələsi, I tur
14 iyun, A qrupu
23:00. Almaniya – Şotlandiya - 5:1
Qollar:
Florian Virts, 10. Jamal Musiala, 19. Kai Havertz, 45+1 (pen.). Niklas Fullkruq, 68. Emre Can, 90+3 - Antonio Rudiger, 87 (öz qapısına)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
cbcsport.az

1Mənbələr