AZ

Berdıyevlə danışıqlar Tovuzda yox, Bakıda olub - “Demək olar ki, hər şey razılaşdırılıb”

Srağagün axşam saatlarında Kurban Berdıyevin “Turan Tovuz”u çalışdırıcağı ilə bağlı xəbərlər yayıldı.

"Football-plus.az" xəbər verir ki, Ayxan Abbasovun qəfil istefasından sonra Tovuz təmsilçisinin baş məşqçi postu ətrafında müxtəli çalışdırıcıların adı hallansa da, yekun nəticənin əcnəbidən yana oldu. Danışıqlarla bağlı detalları dəqiqləşdirmək üçün klubun idman direktoru Səməd Nəsibovla əlaqə saxladıq: “Bəli, doğru xəbərdi. Demək olar ki, hər şey razılaşdırılıb. Yalnız imzanın atılması qalıb ki, bu da an məsələsidi. Yaxın günlərdə bu məsələ də həllini tapacaq. Danışıqlarımız Bakıda baş tutdu”.

Klub rəsmisindən Berdıyevin köməkçilərinin kim olacağını da soruşduq: “Ayxan Abbasov məşqçi heyətiylə bərabər komandadan ayrıldı. Berdıyevin öz heyəti olacaq”.

Doğrudu, Berdıyev həm təcrübəli çalışdırıcı, həm də yaxşı analitikdi. Amma yaş məsələsi də bu seçimə təsirsiz ötüşmür. 71 yaşını tamamlayan mütəxəssisin bundan sonra yeni qələbələrə, uğurlara nə dərəcədə motivasiyalı yanaşacağı sual yaradır. Türkmən mütəxəssis 38 illik məşqçilik fəaliyyəti dövründə bir neçə klub çalışdırıb, bir sıra da uğurlara imza atıb. Məşqçi karyerasına Qazaxıstan “Taraz”ında başlayan Berdıyev daha sonra bu ölkənin “Kayrat”, “Kaspi”, Türkiyənin “Gənclərbirliyi”, Türkmənistanın “Nisa”, Rusiyanın “Kristal”, “Rubin”, “Soçi”, “Dinamo” (Mahaçqala), İranın “Traktor” komandalarına, Türkmənistan milli komandasına da rəhbərlik edib. Onun ən böyük uğurları “Rubin”lə bağlıdı.

Yeri gəlmişkən…
“Turan Tovuz”un Berdıyevlə müqavilə bağlayacağı tarix müəyyənləşib. Bu barədə “RİA Novosti”yə klubun İdarə Heyətinin üzvü Əli Balakişiyev məlumat verib. Belə ki, mütəxəssis iyunun 18-də Bakıya gələcək və həmin gün onunla müqavilə bağlanacaq. Bu arada Tovuz şəhər stadionunda quraşdırılmış süni örtük FİFA tərəfindən “Quality Pro” sertifikatına layiq görülüb. Bu keyfiyyət nişanı stadionda beynəlxalq oyunların keçirilməsinə imkan verir.

KAMAL SƏFƏR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
football-plus.az

1Mənbələr