Beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings”, Avropa İttifaqının (Aİ) Çin avtomobillərinə əlavə vergi tətbiq etməsinin bazarlara göstərəcəyi təsir ilə bağlı məlumat yayıb.

İndex.az xəbər verir ki, “Fitch Ratings”in yaydığı məlumata görə, Aİ-nin Çində istehsal olunan elektromobillərin idxalına əlavə vergi tətbiq etməsi Avropa bazarına təsir etməyəcək.

Alman avtomobil istehsalçılarının satışlarında Çinin orta hesabla 10% paya sahib olduğuna diqqət çəkilən açıqlamada, Çinin Avropada istehsal edilən avtomobillərə əlavə vergi tətbiq etməsi halında bunun avtomobil istehsalçıları tərəfindən kompensasiya edilə biləcəyi qeyd edilib.