AZ

Qəzzada ölənlərin sayı artıb

İsrail ordusunun Qəzza zolağına son 10 gündə həyata keçirdiyi hücumlarda 716 fələstinli həyatını itirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qəzza Səhiyyə Nazirliyindən verilən açıqlama ilə son 10 gündə yaralanan fələstinlilərin sayı 2 min 149-a yüksəlib. 

Səhiyyə Nazirliyinin bu gün verdiyi açıqlamaya görə, İsrail ordusunun Qəzzanın müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi 4 hücumda 34 nəfər həyatını itirib, 71 nəfər isə yaralanıb.

İsrailin 7 oktyabr 2023-cü ildə Qəzzaya başlatdığı hücumlarda ölənlərin sayı 252 gündə 37 min 266-ya, yaralıların sayı isə 85 min 102-yə yüksəlib.

Açıqlamada dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi də bildirilib.

Seçilən
36
34
operativmm.az

10Mənbələr