AZ

G7 bütün ölkələri Paris Olimpiadası zamanı atəşkəsə çağırıb

Yeddilik Qrupu (G7) bütün ölkələri Parisdə keçiriləcək Olimpiya Oyunları zamanı atəşkəsə əməl etməyə çağırıb.

"Operativ Media" xəbər verir ki, bu barədə qrupun liderlərinin İtaliyada başa çatan sammitdə qəbul edilmiş yekun bəyanatında deyilir.

Sənəddə qeyd olunur: "Biz Parisdə keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarını səbirsizliklə gözləyirik və bütün ölkələri BMT Baş Assambleyasının 15 noyabr 2023-cü il tarixli qətnaməsində təsbit edildiyi kimi, həm fərdi, həm də kollektiv şəkildə Olimpiya barışığına hörmət etməyə çağırırıq". 

Seçilən
169
operativmedia.az

1Mənbələr