AZ

Çin səfirliyi Baydenin Rusiyanın xüsusi əməliyyat keçirməsinə yardım etməsi ilə bağlı açıqlamalarını rədd edib

Çin Ukraynadakı münaqişə tərəflərinə silah və ikili təyinatlı mallar vermir.

NOCOMMENT.az xəbər verir ki, bunu TASS-a Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Lyu Penqyu ABŞ prezidenti Co Baydenin Pekinin Ukraynada hərbi əməliyyat keçirməkdə Moskvaya yardım etməsi ilə bağlı bəyanatlarını şərh edərkən deyib.

O qeyd edib ki, Çin Ukraynada böhran yaratmayıb, münaqişə tərəfi deyil və sülh danışıqlarının təşviqinə sadiqdir.

“Çin münaqişə tərəflərinə silah vermir və ikili təyinatlı malların ixracına ciddi nəzarət edir ki, bu da beynəlxalq ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır”.

Onun sözlərinə görə, Çin və Rusiya Federasiyası arasında normal ticarət açıq şəkildə aparılır, Ümumdünya Ticarət Təşkilatının qaydalarına və bazar prinsiplərinə uyğundur və heç bir üçüncü tərəfə qarşı yönəlməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
nocomment.az

1Mənbələr