AZ

“Rusiya yenilməzdir...”

...Vladimir Putin cümə günü axşam "Qəhrəmanların vaxtı" proqramının iştirakçıları ilə görüş keçirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS xəbər verir.

Dövlətbaşçısı,bu gün ən mühüm vəzifələrdən biri kimi kadr məsələsini önə çəkib.

Putininsözlərinə görə, Rusiyada yaxşı vaxtlar demək olar ki, olmayıb, amma həmişə Vətənə xidmət edən və onu müdafiə edən insanlar olub.

Xüsusi əməliyyat zamanı Rusiya lideri təkcə döyüş sursatını deyil, ilk növbədə insanları da qorumağa çağırıb.

Eyni zamanda, Putin orduda əhəmiyyətli cavanlaşmaya işarə edib: məsələn, ordu komandirlərinin orta hesabla 50, diviziya komandirlərinin 46 yaşı var.

...Rusiya yenilməzdir, çünki çoxmillətli və çoxkonfessiyalı insanlar özlərini bir ailə kimi hiss edirlər.

Rusiya prezidenti deyib bunu.

...Həyatda məqsədlərə gəlincə, bu, mürəkkəb sualdır, çoxlu müxtəlif düsturlar var və onlardan biri belədir: “Uğrunda ölə biləcəyin üçün yaşamalısan”, - deyə dövlət başçısı filosof İvan İlindən sitat gətirib.

Putin həmçinin bildirib ki, Rusiya hakimiyyəti xüsusi hərbi əməliyyat iştirakçılarını sevir və hər dəqiqə onlar haqqında düşünür.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
sia.az

1Mənbələr