AZ

BRİKS-ə qoşulmaq üçün potensial namizədlərin siyahısı ortaya çıxıb

BRİKS-in Kazanda keçiriləcək sammitində təşkilata üzv olmaq istəyən ölkələrin tam siyahısı ortaya çıxıb – və bu siyahı arasında tam beynəlxalq statusa malik olmayan Fələstin də var.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Potensial namizədlərin siyahısı 29 ölkədən ibarətdir: Afrikadan müraciətlər Əlcəzair, Mərakeş, Nigeriya, Çad, Ekvatorial Qvineya, Eritreya, Seneqal, Zimbabve və Cənubi Sudandan, Asiyadan Azərbaycan, Banqladeş, Bəhreyn, İndoneziya, Qazaxıstan, Küveyt, Fələstin, Pakistan, Suriya, Tayland, Vyetnam, Şri-Lanka və Türkiyə, həmçinin Latın Amerikasından Boliviya, Kuba, Venesuela, Nikaraqua və Honduras, Avropadan isə Belarus.

“Onların hamısı namizəddir. Onlar qrupa qoşulmaqda maraqlıdırlar. Namizədlərlə və onların qrupa qoşulma formatı ilə bağlı məsələlər oktyabrda Kazanda keçiriləcək BRİKS sammitində həll olunacaq. Bununla əlaqədar olaraq, genişləndirmənin Kazanda elan edilib-edilməyəcəyi hələ aydın deyil”, – Xarici İşlər Nazirliyindəki mənbələr nəşrə bildiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
nocomment.az

1Mənbələr