AZ

Amerikalı konqresmen: Tramp Ukraynaya yardımın əleyhinədir

Keçmiş prezident və prezidentliyə namizəd Donald Tramp qanunvericilərlə görüşündə Ukrayna Silahlı Qüvvələrinə yardımın əleyhinə çıxış edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ-ın Florida ştatının nümayəndəsi Matt Gaetz sosial şəbəkədə məlumat verib.

“O dedi ki, biz əsgərlərimizə daha çox maaş verməliyik və Ukraynaya 60 milyard dollar göndərməməliyik. Trampın Nümayəndələr Palatasının spikeri Mayk Consonun Ukrayna yardımını tənqid etməsi epikdir”, – Gaetz yazır.

Amerikalı konqresmen əlavə edib ki, Tramp Ukraynanın Amerika ordusuna heç vaxt kömək edə bilməyəcəyi fikrini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
nocomment.az

1Mənbələr