AZ

Zelenski Ukraynaya qırıcı eskadrilyaların verilməsini ABŞ-ın məsuliyyəti adlandırıb

ABŞ iki ölkə arasında təhlükəsizlik razılaşmasına əsasən Ukraynanı döyüş təyyarələri eskadrilyaları ilə təmin etməyə borcludur.

NOCOMMENT.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Co Baydenlə bu sənədi imzaladıqdan sonra mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu saziş Ukraynanın “müdafiəsi üçün” silahlarla bağlı mühüm müddəaları ehtiva edir.

“Patriot” sistemləri və döyüş eskadrilyalarının tədarükü ilə bağlı çox konkret müddəalar, bir çox eskadrilyalar, o cümlədən F-16. Lakin onlarla da məhdudlaşmır”, – deyə Zelenski cavab verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
nocomment.az

1Mənbələr