AZ

Zaxarova: Ukraynalılar real sülh şansından məhrum olacaqlar

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Kiyev rejimi artıq ölkəni və onun vətəndaşlarını ifrat həddə çatdırıb.
 

Sfera.az xəbər verir ki, diplomatın sözlərinə görə, prezident Zelenskinin ofisinin Rusiya Federasiyası ilə danışıqlardan imtina etməsi ukraynalıları sülh üçün real şansdan məhrum edir.
 

Xatırladaq ki, Ukrayna prezidentinin aparatının müşaviri Mixail Podolyak bildirib ki, Vladimir Putinin ölkədəki vəziyyətin nizamlanması təşəbbüsündə sülh təklifi yoxdur. O, əlavə edib ki, Ukrayna bloksuz statusa razı olsa, müdafiəsiz qalacaq.
 

Bundan əvvəl Rusiya lideri sülh təklifi irəli sürmüşdü, ona görə Kiyev rejimi Krımı, KXDR, LXR, Zaporojye və Xerson vilayətlərini Rusiya kimi tanıyır, heç bir bloka qoşulmamağı öhdəsinə götürür, denazifikasiya və demilitarizasiya həyata keçirir. Bundan əlavə, Rusiyaya qarşı sanksiyalar ləğv edilir.


İnci
Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
sfera.az

1Mənbələr