AZ

Fürini bardan zorla çıxardılar

Bildiyiniz kimi, mayın 19-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda mütləq dünya çempionluğu uğrunda keçirilən döyüşdə Tayson Füri Aleksandr Usikə uduzub.

"Football-plus.az" xəbər verir ki, əvəzçıxma döyüşünün isə yenə Ər-Riyadda, dekabrın 21-də keçirilməsi gözlənilir. Deyəsən, məğlubiyyət britaniyalıya çox pis təsir edib. İnternetdə onun güclü alkoqol sərxoşluğu halında bardan çıxarılmasının görüntüləri yer alıb. Bu videonu “The Sun” qəzeti yayıb.

Füri – Usik duelinin perspektivi ilə bağlı maraqlı fikirlər var. 1999-2006-cı illər aralığında WBO kəmərini daşıyan, hazırda analitik kimi çalışan Conni Nelson hesab edir ki, Füri karyerasını bitirməyə yaxındı: “Usik təqaüdə çıxmasa, Tayson Fürinin növbəti döyüşünü təsəvvür edə bilmirəm. Onlar rinqdə ilk dəfə üz-üzə gəlməli olanda döyüşü daha gec vaxta keçirdilər. Əsas Taysonun fikridi, onun təmsilçilərinin dedikləri önəmli deyil. Özü-özünün sahibidi və döyüşməyəcəyini deyirsə, bu qərarın fəsadlarının nə olacağı onun vecinə də deyil. Onun emosional durumuna görə belə deyirəm. Mən döyüşçülərin necə düşündüyünü, idman zalında nə baş verdiyini bilirəm”.

Yarımağır çəkidə sabiq mütləq dünya çempionu Roy Cons (kiçik) isə əmindi ki, Usik növbəti döyüşdə də Füriyə qalib gələcək: “Aleksandr Usik dərk etdi ki, Tayson Füriyə zərbə vura bilər. O, bunu əvvəl də anlayırdı, sadəcə, indi əmindi ki, rəqibə ciddi zərbə vurmağa qadirdi. Kiçik adam indi daha böyük adamı döyə biləcəyini anlayır. Usik əvəzçıxma döyüşünün də favoritidi. Füri çox ağıllı oğlandı, hər şəraitə öyrəşə bilir, ancaq fikrimcə, Aleksandr onu yenə cəzalandıracaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
football-plus.az

1Mənbələr