AZ

Paytaxt klubundan ayrılan müdafiəçi ona yad olmayan məkana üz tutdu

Transfer çalışmalarını davam etdirən "Şamaxı" daha bir futbolçu ilə anlaşıb.

Söhbət cinah müdafiəçisi Rafael Məhərrəmlidən gedir.

"Səbail"dən ayrılan 24 yaşlı futbolçu bölgə klubuna üz tutub.

"Şamaxı" onun üçün heç də yad komanda deyil.

O, komandanın adı "Keşlə" adlandırılan vaxt fasilələrlə şərəfini qoruyub.

Arxa xətt oyunçusu son mövsüm Bayıl təmsilçisində meydana çıxdığı 28 matçda 7 qol ötürməsilə yadda qalıb.

Gənclər millimizin sabiq üzvü karyerası ərzində "Qarabağ" və "Zirə" klublarında da çıxış edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
sportinfo.az

1Mənbələr