AZ

İslandiyada vulkan lavası əsas yolu bağlayıb

İslandiyada vulkan lavası əsas yolu bağlayıb

İslandiyada may ayında püskürməyə başlayan vulkandan gələn lava boşaldılmış Qrindavik şəhərindən gedən yolu bağlayıb.Bu barədə iyunun 13-də New York Post qəzeti məlumat yayıb.İslandiya Meteorologiya İdarəsi (IMO) bildirib ki, bu, 2023-cü ilin sonlarında silsilə püskürmələr başlayandan bəri yol boyu üçüncü lava axmasıdır. IMO bildirib ki, lava şimal-qərbə doğru hərəkət etməyə davam edir. Onlar xəbərdarlıq ediblər ki, vulkanın cənub-şərqində lava yığılır və yaxın günlərdə bu istiqamətdə daha da irəliləyə bilər.Qeyd edək ki, İslandiyanın cənub-qərbində vulkanın püskürməsi mayın 29-da məlum olub. Grindavik, Mavi Lagoon və Svartsengi elektrik stansiyası kimi bölgələrdən insanlar təxliyə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
16
afn.az

10Mənbələr